
CU, Qazaxıstan
Qazaxıstan bazarında Cənubi Koreya mənşəli yeni convenience store ticarət şəbəkəsi peyda oldu. Və cəmi beş həftə ərzində4RM Systemskomandası həm müasir riteyl standartlarına, həm də tərəfdaşın brendbukuna uyğun ilk obyekti işləyib hazırlaya və işə sala bildi.
Layihə detalları və həllər
Qazaxıstan bazarında Cənubi Koreya mənşəli yeni convenience store ticarət şəbəkəsi peyda oldu. Və cəmi beş həftə ərzində4RM Systemskomandası həm müasir riteyl standartlarına, həm də tərəfdaşın brendbukuna uyğun ilk obyekti işləyib hazırlaya və işə sala bildi.
CU formatı – bu,ultra conveniencedeməkdir. Yəni mağaza alıcıya maksimum yaxın yerləşir və sutka boyu işləyir. Vahid məkan daxilində isə təkcə ərzaq və gündəlik tələbat mallarını almaq deyil, həm də qəlyanaltı etmək, yeməyi qızdırmaq, telefonu enerji ilə doldurmaq, sanitar qovşaqdan istifadə etmək və s. olar.
4RM rəf sistemlərinin yığcamlığı və bölmə quruluşu məhdud sahədə 2000-dən çox əmtəə mövqeyini səmərəli şəkildə yerləşdirməyə imkan verir. Rəflərin müxtəlif hündürlüklərdə quraşdırılması ayrı-ayrı əmtəə zonalarını formalaşdırır, ayırıcılar və məhdudlaşdırıcılar isə məkanı səliqəyə salır.
Uc tipli rəflərimpulsiv tələbat malları üçün əlavə zonalar kimi çıxış edir. 4RM mühəndisləri tərəfindən hazırlanmışorta divarlırəf sistemlərindən istifadə isə rəflərin faydalı sahəsini itirmədən sıralar arasında əlavə 10 sm keçid eni qazanmağa imkan verir ki, bu da “ev yaxınlığında mağaza” üçün olduqca dəyərlidir.
Obyektiniz üçün layihələndirmə
İstanbul Reklam Market (IRM) komandası obyektiniz üçün ticarət sahəsinin planlaşdırılmasını, 4RM avadanlıqlarının çatdırılmasını və quraşdırılmasını təmin edir.